“S-400” zenit-raket komplekslərinin təlimləri ilə əlaqədar Türkiyəyə gəlmiş rusiyalı hərbi mütəxəssislər ölkədən gedib”.
Yenigun.news xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
“S-400” sistemləri yüz faiz bizim nəzarətimizdə olacaq”, – ölkənin baş diplomatı vurğulayıb.
Bir qrup rus hərbçi türk hərbçilərinə “S-400”-lərin idarə edilməsi ilə bağlı təlim verib. Rəsmi Vaşinqtonun bununla bağlı açıqlamasından sonra Çavuşoğlu rusiyalı mütəxəssislərin öz vətənlərinə geri qayıtdıqlarını deyib.
ABŞ mayın 28-də Türkiyəyə “S-400” zenit raket komplekslərinə alternativ təklif edib. Vaşinqton Türkiyə ilə bu məsələdə ortaq yol tapa biləcəyinə ümid etdiyini bildirib. Ankaraya konkret olaraq, hansı alternativin verildiyi məlum deyil.