• Şb. Noy 23rd, 2024

Kim Çen In 28 gündən sonra ictimaiyyət arasında göründü — FOTOLAR

ByYenigun.news

İyn 5, 2021

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In iyunun 4-də ictimaiyyət arasında görünüb.

“Yenigun.news” “RİA Novosti”yə istinadən xəbər verir ki, KXDR Əmək Partiyasının 8-ci çağırışının birinici iclasına sədrlik edib.

Həmin toplantıda iyunun birinci ongünlüyündə partiyanın Mərkəzi Komitəsinin plenumunun keçirilməsinə dair qərar qəbul olunub.

Bildirilib ki, iclasda Mərkəzi Komitənin Siyasi Büronun Rəyasət Heyətinin üzvləri, üzvlüyə namizədlər iştirak ediblər.

Qeyd edək ki, Kim Çen In mayın 7-dən sonra ictimaiyyət arasında görünmürdü. Bu, onun icitmaiyyət arasında görünmədiyi ən uzun müddət sayılıır. Bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirmişdi. Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen Inın ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.

Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinə münasibət bildirərək demişdi: “İndiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar”.

Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen Inın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.

Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir