Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“Yenigun.news” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Nazirlər Dağlıq Qarabağ ətrafında vəziyyətin sabitləşməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğuladılar”, – deyə Rusya XİN-in məlumatında deyilir.