Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tamamilə bağlamağı tapşırıb.
“Yenigun.news” TASS-a istinadən xəbər verir ki, Lukaşenko bu tapşırığı Ukrayna ərazisindən ölkəyə xeyli sayda silah-surat keçirildiyinə görə verdiyini deyib.
“Ukraynadan Belarusa çox sayda silah gəlir. Buna görə sərhəd qoşunlarına tapşırdım ki, Ukrayna ilə sərhədi tamamilə bağlasınlar”, – deyə Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvanın əli olan passiv terror hücrələri aşkar edilib.