• Şb. Noy 23rd, 2024

Öz ölkəsindəki problemlərdən başı açılmayan Paşinyan Bəşər Əsədə yardım təklif etdi — VİDEO

ByYenigun.news

İyn 6, 2021

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya prezidenti seçilməsi münasibti ilə Bəşər Əsədə təbrik məktubu göndərib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məktubda ən ironik məqam Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan, öz ölkəsindəki xaosu aradan qaldırmaqda çətinlik çəkən Paşinyanın Əsədə yardım təklif etməsi olub.

Həmçinin məktubda bildirilib ki, Ermənistan bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, mayın 26-da Suriyada keçirilən prezident seçkilərində Bəşər Əsədin 95% səslə qalib gəldiyi elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir