• Bz. Noy 24th, 2024

Sülhün və Azərbaycanın ərazi bütövlüyünün təminatı istiqamətində mühüm qərar

ByVuqar Ferzeliyev

Apr 9, 2022

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ iləəlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
44 günlük müharibədə əldə etdiyi uğurla Azərbaycan hələ ki, yeni dünya nizamı reallığında, qarşı duran qütblər işğalçı Ermənistana dəstək məsələsində bənzər yanaşmalar sərgilərkən, çətin hərbi – diplomatik həmlələrlə haqqını alaraq ədalətə dayalı güc modelini ortaya qoyan ən önəmli ölkələrdən biridir. Ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş siyasət və milli səfərbərlik halıyla birlikdə bu uğurun əldə edilməsində yüksələn bir güc olaraq Türkiyenin dəstəyi də həlledici olmuşdur. BMT-nin qətnamələrinə rəğmən Minsk Qrupunun otuz ilə yaxın bir dövr ərzində davam etdirdiyi nəticəsiz danışıqların Qarabağ və ətraf rayonlardakı Erməni işğalına son verə bilməməsi Azərbaycanı hərbi yola baş vurmağa məcbur etmişdir. 44 günlük müharibə nəticəsində əldə edilən zəfər regional güc balansını dəyişdirməklə yanaşı qlobal güc mübarizələrinin gedişinə də təsir edən amil olmuşdur.
Aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların ən önəmli tərəfi, şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı müvafiq təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının heç bir halda müzakirə predmeti olmayacağının, rəsmi Bakının 5 baza prinsipindən ibarət şərtlərinin qəbul edildiyinin göstəricisidir.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk Qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial və imperativ şəkildə ifadə olunan mövqeyinin istisnasız olaraq qəbul edilməsidir. Sülh danışıqları ilə bağlı Azərbaycanın və Ermənistanın xarici işlər nazirliklərinə təlimat verilməsi isə prosesin sözdən əmələ keçdiyini nümayiş etdirir.
Görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
Rafiq Ağayev, YAP Cəlilabad rayon təşkilatının üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir