Suriyanın şimalında yerləşən Haseke vilayətində Rusiya hərbi polisi yoxlamalar aparan zaman naməlum partlayıcı qurğu vasitəsilə zirehli avtomobil partladılıb.
“Yenigun.news” Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə 1 hərbçi ölüb, 3-ü yaralanıb. Yaralılar müalicə müəssisəsinə yerləşdiriliblər və onlara ilkin tibbi yardım göstərilib. Həyatları üçün təhlükə olmadığı bildirilir.
Rusiya Müdafiə Nazirliyi ölən hərbçinin ailəsinə lazım olan bütün dəstək və köməyin göstəriləcəyini bəyan edib.