Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində həlak olanların sayı 55-ə çatıb.
“Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı, o cümlədən 3 hərbçi həlak olub, daha 183 nəfər xəsarət alıb.
Eyni zamanda, Tacikistan KİV-i 19 ölkə vətəndaşının öldüyünü, 88 nəfərin xəsarət aldığını bildirib. Ölənlərdən 9-u hərbçidir.