• C. Noy 22nd, 2024

Türkiyə vətəndaşının öldürülməsi ilə bağlı Yunanıstana nota verib

ByYenigun.news

Avq 1, 2021

Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nətcəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.

Yenigun.news bu barədə “HaberGlobal”a istinadən xəbər verir.

Qeyd edilir ki, Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Yunanıstan tərəfindən açılan atəş nəticəsində 1 türk vətəndaşı həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir