• C. Noy 22nd, 2024

Türkmənistan Əfqanıstanla sərhədə ağır texnika cəmləşdirir

ByYenigun.news

İyl 10, 2021

Türkmənistan Əfqanıstanla həmrəhəd Sərhədabad şəhərində ağır hərbi texnika – toplar, tanklar və zirehli maşınlar cəmləşdirməyə başlayıb. Bütün bunlar Əfqanıstanda yeni ərazilər zəbt edən Taliban islamçı qruplaşması döyüşçülərinin Türkmənistan sərhədinə yaxınlaşdığı bir vaxtda baş verir.

Turkmen.news xəbər agentliyi bu məlumatı iyulun 9-da mənbələrini göstərmədən yayıb.

Agentlik bildirir ki, bu, ərazidə foto və video çəkən şəxslərin təhlükəsizliyi məqsədilə edilir.

Bu da xəbər verilir ki, son sutkalar ərzində Əfqanıstan ərazisindən güclü partlayış səsləri eşidilir.

Bu barədə sərhədyanı bölgələrin sakinləri də bildirirlər. Onlar bunu da deyiblər ki, Əfqanıstan sərhədinə doğru türkmən hərbçilərlə dolu avtomobil karvanları gedir.

Eyni zamanda, Türkmənistanın sərhəd xidmətinin zabitləri ailə üzvlərini bölgədən evakuasiya edirlər.

Bundan bir neçə gün əvvəl Türkmənistan ətraf bölgənin “Taliban” tərəfindən nəzarətə götürülməsi ilə əlaqədar sərhəd məntəqələrindən birini bağlayıb.

Xəbər verilir ki, bu, Türkmənistandan Əfqanıstana ixracın dayanması ilə nəticələnib.

ABŞ və müttəfiqlərinin Əfqanıstanı tərk etdikləri bir şəraitdə “Taliban” və hökumət qoşunları arasında qızğın döyüşlər gedir. Bir çox rayonlar, xüsusilə də kənd yerləri “Taliban” qruplaşmasının nəzarətinə keçib. Belə bir şəraitdə çox vaxt hökumət əsgərləri ya “Taliban”ın tərəfinə keçir, ya da geri çəkilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir