Yeni Zelandiyanın Oklend şəhəri tornadoya məruz qalıb.
“Yenigun.news” TASS-a istinadən xəbər verir ki, bu barədə “Radio New Zealand” radiostansiyası məlumat yayıb.
Təbii fəlakət nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Məlumata görə, hadisə yerli vaxtla səhər 08:30 radələrində qeydə alınıb. Hadisə nəticəsində evlərin damı uçub, elektrik xətləri qırılıb, ağaclar aşıb, pəncərələr sınıb.
20-dən çox yanğınsöndürmə briqadası təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.
Hadisə yerinə xilasedicilər cəlb edilib.