• C. Noy 22nd, 2024

Azərbaycanda enerji istehsalına
xarici investisiya axını güclənir

ByVuqar Ferzeliyev

Mar 17, 2022
Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması ölkədə alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək: “Nəzərə alaq ki, dünya üzrə alternativ enerjinin payının 50 faizə qaldırılması qarşıya məqsəd qoyulub. O baxımdan bütün bunlar Azərbaycandan da yan keçməyəcək. Ümumilikdə, alternativ və bərpa olunan enerjidə Günəş enerjisi 60 faiz, külək 30 faiz, yerdə qalan 10 faiz isə digər mənbələrin payına düşür. Azərbaycan bu sahədə kifayət qədər böyük potensiala malikdir.
   Xarici şirkətlər Azərbaycanın bərpaolunan enerji mənbələrinə xüsusi maraq göstərirlər. Ölkəmizin bərpaolunan enerji potensialı 27 min meqavat olaraq qiymətləndirilir. Onun Onun 23 mini günəş, 3 mini külək, qalanı isə digər mənbələrin payına düşür. Azərbaycan növbəti illərdə bərpaolunan enerjinin istehlakda payını artırmaq niyyətindədir. Hədəf 2030-cu ilə qədər bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə çatdırılmasıdır. Təkcə 2013-2019-cu illərdə Azərbaycanda külək enerjisindən istifadə 131 dəfə artıb. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan bu potensialdan daha çox istifadə etməyi planlaşdırır. Alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan bizə sərfəlidir. Çünki bu, elektrik enerjisi istehsalında qaza qənaət olunmasına şərait yaradacaq. Həmin qazı biz xaricə ixrac etməklə daha çox valyuta əldə edəcəyik”. Bu baxımdan sözügedən sahəyə qoyulan xarici sərmayələrin artması mühüm əhəmiyyət kəsb edir.
  Azərbaycanda çox gözəl investisiya iqlimi var. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq.      
     Ölkə başçısının fikrincə, Azərbaycanda mövcud olan stabillik investisiya cəlb etmək baxımından unikal şərait yaradıb. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Təməlqoyma mərasimində qeyd olunub ki, “Masdar” şirkəti dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Cənab İlham Əliyev enerji istehsalına xaricdən kapital axınının artmasının səbəbini qonşuların buna olan ehtiyacı və ölkədəki sabitliklə əlaqələndirib. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərindən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Biz artıq bu işin təzahürlərini görürük.
   Bu mühüm hadisə haqqında çox danışmaq olar, çoxlu sayda mülahizılər yürütmək mümkündür. Görünən odur ki, ölkədəki sabitlik və qonşu dövlətlərin enerjiyə artan tələbatı Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşu ilə bağlı marağı stimullaşdırır. Qloballaşan dünyada bundan prioritet istiqamət yoxdur.

Xanlar Mirzəyev, sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir