• Şb. Noy 23rd, 2024

Birinci Vitse-prezident, istedadlı dövlət xadimi

ByVuqar Ferzeliyev

Fev 20, 2022
  Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı.
   Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu bütün dünya bilir. Azərbaycan üçün həyati əhəmiyyətli hadisələr sırasında Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də xüsusi yer tutur. Bu təyinat, həm Mehriban xanımın şəxsi həyat fəaliyyətində, həm də Azərbaycan dövlətçiliyinin inkişafında ciddi bir hadisədir. Məlumdur ki, vitse-prezidentlik institutu dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcuddur. Azərbaycanda bu idarəetmə institutunun məhz indi tətbiq edilməsi əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əlamətidir. Şübhə yoxdur ki, vitse-prezidentlik institutu ölkəmizdə dövlət idarəçiliyini yeni səviyyəyə yüksəltməyə xidmət edəcəkdir. Dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçəcəyinə böyük əminlik vardır. Azərbaycan xalqı bilir ki, dövlətimizin inkişafı etibarlı əllərdədir. Mehriban xanım Əliyeva da artıq Birinci vitse-prezident kimi bu istiqamətdə böyük işlər görür.

   Mehriban xanımın Birinci vitse-prezident olması Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının konkret göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın Birinci xanımı bir nümunə kimi qəbul edilə bilər.

  Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir.

  Məhz bu kimi keyfiyyətlərə görə, Mehriban xanımın Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır. Tam əminik ki, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva bundan sonra da var gücü ilə Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi naminə çalışacaqdır.

Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir