• C. Noy 22nd, 2024

CƏNUB QAZ DƏHLİZİNİN REALLAŞMASI
ÖLKƏMİZİN MƏNAFEYİNƏ XİDMƏT EDİR

ByVuqar Ferzeliyev

Fev 8, 2022
XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi bütün aparıcı beynəlxalq maliyyə institutlarının iştirakı ilə reallaşan azsaylı layihələrdəndir. Nüfuzlu enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı layihənin yüksək səmərəliliklə tamamlanmasını  şərtləndirən əsas faktorlardan biridir. Budəfəki toplantıda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirakı onu göstərir ki, yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var.
  Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında ölkəmizin maraqlarını ifadə edən məsələlərə uyğun olaraq bildirib ki, artıq enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır.
 Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür.
İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından da vacib hesab olunur. Nəzərə alsaq ki, Avropada enerji böhranı var. Xüsusən də Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusi müzakirə olunan məsələlərdəndir. Azərbaycan Avropa bazarında hər hansısa bir şirkətə və ya ölkəyə rəqib deyil. Azərbaycanın sadəcə məqsədi Avropanın daha dayanıqlı bazarda mavi qazı çıxarmaq, bununla da həm mavi qaz ixracatını həyata keçirmək, həm də Avropanın, xüsusilə də Cənubi, sonrakı mərhələdə isə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında daha yaxından iştirak etməkdən ibarətdir.
Prezident vurğulayıb ki, əhalinin sayının artması ilə əlaqədar daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Ona görə də, əlavə qaza ehtiyac var. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.

Xanlar Mirzəyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir