• C. Noy 22nd, 2024

Dövlətimiz regionda sülh və tərəqqinin tərəfdarıdır

ByVuqar Ferzeliyev

Apr 15, 2022

Məlum olduğu kimi aprelin 12-də Azərbaycan Respublikası¬nın Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Möhtərəm Prezidentin müşavirədəki nitqlərini, bütövlükdə müşavirənin materillarını diqqətlə izləmişəm. Cənab İlham Əliyevin Azərbaycanın və regionun gələcək taleyi ilə bağlı səsləndirdiyi dəyərli fikir və mülahizələrdən çox məmnun qalmışam. Mənim gəldiyim əsas qənaət budur ki, Azərbaycan dövləti və onun müdrik lideri regiona sülh və sabitlik, inkişaf və tərəqqi gətirir.
Azərbaycan Prezidenti müşavirədəki giriş nitqində demişdir: “Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər”.
Möhtərəm Prezidentimiz müşavirədəki nitqində 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən xalqımıza qarşı apa¬rılmış etnik təmizləmə siyasətini və Xocalı soyqırımını xatırlatdı, bir daha vurğuladı ki, biz heç vaxt erməni vəhşiliyini unutmamalıyıq. Ərazilərimizin 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmasını, viranə qoyul¬masını heç vaxt unutmamalıyıq. Bəli, doğrudan da müşahidə edirik ki, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli möv¬qeyini dəstəkləyirlər. Çünki rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan ədalətli və prinsipial mövqedən çıxış edir. 2020-ci ilin payızında xalqımız 44 gün¬lük şanlı Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edərək tarixi qələbə qazanıb. Hazırda regionda yeni reallıq¬lar yaranıb.
İndi əsas məsələ Ermənistan–Azərbaycan münasibətlərinin normallaşma-sıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir. Azərbaycan dövlətinin mövqeyi məhz belədir. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi bu şansı qiymətləndirməyə çalışmalıdır.
Qeyd etmək lazımdır ki, əbədi müharibələr olmur. Hər bir müharibənin sonu sülhlə bitir. Azərbaycan qarşı tərəfə sülh və ticari, iqtisadi əməkdaşlıq təklif edir. Rəsmi İrəvan Azərbaycanın pozitiv təkliflərinə müsbət cavab verməyə çalışmalıdır. Fizuli Cəfərov, Cəlilabad RİH-nin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir