• Şb. Noy 23rd, 2024

Hikmət Hacıyev Türkiyə səfiri ilə Şuşada çörək kəsdi — VİDEO

ByYenigun.news

İyl 10, 2021

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib.

Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib.

Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir:

“Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü gördük. Türklərdə çörək kəsmək ənənəsi var. Bu gün Hikmət Hacıyevlə birlikdə bu ənənəni Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada gerçəkləşdirdik. Şuşa çörəyi varsa, ətə gərək yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir