Məşhur aparıcı Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri vəzifəsindən ayrılıb.
Yenigun.news xəbər verir ki, hazırda o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya xidmətinin əməkdaşı vəzifəsini icra edir.
Qeyd edək ki, Günel Bəhramqızı 2020-ci ilin sentyabrın 10-u Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təyinat alıb.
O, uzun illər Dövlət Vergi Xidmətində çalışıb, “Azad Azərbaycan” televiziya kanalında yayımlanan “İqtisadi zona” verilişinin aparıcısı olub.