Fevralın 2-də Gənclər Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyələr Azərbaycan gəncləri qarşısında mühüm vəzifələr qoyur. Dövlət başçısının uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub.
Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları da həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni, dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin, müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Şuşanın azad edilməsi əməliyyat planı əsasında baş vermişdi. Şuşadan əvvəl Daşaltı götürülməli idi. Daşaltı götürüləndə əminlik daha da artdı. Hadrutdan sonra Azərbaycan Ordusu Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdi. Şuşanın götürülməsi çox çətin məsələ olub. Orada ermənilər tərəfindən böyük istehkamlar qurulmuşdu, bu səbəbdən artilleriya və zirehli texnikanı Şuşaya aparmaq mümkün deyildi.
Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər Azad edilmiş torpaqlarda cari ildə 5 su elektrik stansiyası inşa ediləcək. İnşa olunacaq elektrik stansiyaları ümumi enerji potensialımızı gücləndirəcək və yeni iş yerləri açılacaqdır. Misal üçün, Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır, şuşalılardır. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb.
Gəncliyin qarşısında dayanan əsas vəzifə bundan ibarətdir ki, bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr əldə olunacaq.
Vüqar Cavadov