• C. Noy 22nd, 2024

Vətənimizin inkişafı üçün böyük imkanlar var

ByVuqar Ferzeliyev

Mar 8, 2022

Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında (10 mart 2020-ci il) çıxışı dövrümüz üçün çox mühüm əhəmiyyəti olan bu sənəddir. Burada milli maraqlar və strateji planlamanın vəhdəti, ölkəmizin yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin regionun inkişafını və xalqın rifahını təmin etməsi milli prioritetlərin mütləq üstünlüyüdür. Burada müxtəlif qlobql məsəlslər. Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit bu gün dövlətin idarəolunmasında strategiyanın əsas hədəflərindəndir. Sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaqdır. İkinci hədəf dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetlərin üçüncü sırasında dayanır. Dördüncü taleyüklü məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Nəhayət, beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi də şöhrətlənməsidir.
Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan tədbirlər məhz vətəndaşların sosial rifahını, uzunömürlülüyünü, sağlam həyat tərzinin təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir.
Qeyd edək ki, dünya sürətlə dəyişir. Odur ki, buna uyğun adekvat addımlar atmağın zəruri olduğunu vurğulamağa ehtiyac yoxdur. Bu mənada Prezisentin Milli Məclisin adıçəkilən iclasındakı çıxışından irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Bütövlükdə, 2030-cu ilə qədər həyata keçiriləcək Milli Prioritetlər dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatı, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşdıracaq, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı yaranacaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış baş tutacaq və Azərbaycan təmiz ətraf mühit, “yaşıl artım” ölkəsinə çevriləcək.
Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, bu Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Fuad Əzizov, Göytəpə şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir