• Ca. Noy 21st, 2024

ZƏFƏRİMİZİ AZƏRBAYCAN GƏNCLİYİ ƏLDƏ ETDİ

ByVuqar Ferzeliyev

Fev 2, 2022

ZƏFƏRİMİZİ AZƏRBAYCAN GƏNCLİYİ ƏLDƏ ETDİ

   Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
   Azərbaycanın iqtisadiyyatının güclənməsi, beynəlxalq səviyyədə nüfuzunun artması Qələbəyə gedən yolda ən böyük nailiyyətlərdən biridir. Azərbaycanın beynəlxalq arenada uğurlarının əsası da ümummilli liderin hakimiyyəti dövründə qoyulub. Onun özünün nüfuzu, böyük dövlətçilik təcrübəsi imkan verdi ki, Azərbaycan beynəlxalq əlaqələrini gücləndirsin. Yəni bu gün mövcud olan beynəlxalq əlaqələrin bünövrəsi həmin dövrdən qoyulub. 2003-cü ildə cənab Prezident İlham Əliyev estafeti qəbul etdi və görülən misilsiz işləri, atılan vacib addımları uğurla davam etdirdi və inkişaf etdirdi. Bugünkü Qələbimiz Prezident İlham Əliyevin, dünya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
   Həmçinin cənab Przident İlham Əliyevin həyata keçirdiyi dolğun iqtisadi siyasət, ölkənin gündən-günə inkişaf etməsinə, iqtisadi siyasətin davamı olaraq sosial siyasətin əhalinin rifah halının yüksəlməsinə yönləndirilməsinə gətirib çıxardı. Eyni zamanda ölkədə siyasi proseslərin tənzimlənməsi, siyasi dialoqun təmin olunması milli birliyin və həmrəyliyin daha da güclənməsinə imkan verdi. Aparılan islahatlar ölkəmizin daha da demokratikləşməsinə şərait yaratdı və nəticədə vətəndaş cəmiyyətini daha da gücləndirdi. Bütün bu uğurlar ona gətirib çıxardı ki, biz bu müharibəyə həm iqtisadi cəhətdən, həm hərbi və həm də beynəlxalq gücləri öz tərəfimizə çəkmək cəhətdən artıq hazır olduq. Proseslər elə inkişaf etdi ki, danışıqlar ümumiyyətlə dayandırıldı. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatından danışıqlar dalana dirəndi. Və Ermənistan tərəfindən son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.
    27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.
    Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Azərbaycan 27 il idi ki, kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdı. Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı. Minlərlə adamı həyatdan məhrum etmiş mexanikləşdirilmiş qırğından müharibənin cəfasını ürəyinin içərisində yaşamış, məşəqqətləri adlamış, adı və özü böyük ƏSGƏR qalib çıxdı, Ermçəni faşizmi məhz o əsgərin qızıl qanı bahasına tarmar edildi.

Yaşasın Azərbaycan Əsgəri! Yaşasın Azərbaycan gəncliyi!
Simran Əlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir