Bakının Suraxanı rayonunda 6 yaşlı oğlan su kanalında boğularaq ölüb.
Yenigun.news xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.
6 yaşlı Elvin Süleymanov su kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.