Bakı şəhərinin Binəqədi rayonunda inşaat malları mağazasında yanğın olub.
“Yenigun.news” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 2000 kvadrat metr olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin birinci mərtəbəsində sahəsi 28 kvadrat metr olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu bir litr olan yeddi ədəd boya çəlləyi yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.