Azərbaycana aid hərbi helikopter texniki nasazlıq səbəbindən Türkiyənin Giresun vilayətinin Tirebolu rayonunda dəniz kənarına məcburi eniş edib.
“Yenigun.news” xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.
Giresun valisi Enver Ünlü bildirib ki, Azərbaycandan təlimlər üçün Amasyanın Merzifon rayonuna gedən Azərbaycan Silahlı Qüvvələrinə aid altı hərbçini daşıyan helikopter məcburi eniş etməli olub.
Vurğulanıb ki, eniş əsnasında hər hansı yaralanma və ya qəza vəziyyəti qeydə alınmayıb:
“Sahilə məcburi eniş ediblər. İki helikopter olub, digəri Merzifona gedib. Altı hərbçi Tireboludadır, onları qonaq edəcəyik”.