SOCAR Xəzər dənizində baş verən partlayışla bağlı açıqlama yayıb.
“Yenigun.news” xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
“Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, – deyə İ.Əhmədov qeyd edib.
***
Xəzərdə partlayış baş verən əraziyə gəmi göndərilib.
“Hazırda dəqiq məlumat budur ki, SOCAR-a aid olan hər hansı bir sənaye obyektində qəza baş verməyib. Hadisə yerinə araşdırma üçün gəmi göndərilib. Əlavə məlumat olan kimi paylaşılacaq”, – deyə İ.Əhmədov sosial şəbəkədə məlumat paylaşıb.