• C. Noy 22nd, 2024

Türkiyənin “Sənət Akademiyası” Azərbaycanda film çəkir

ByYenigun.news

İyn 25, 2021

Türkiyənin məşhur Eslem Film Yapım Şirkəti və Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi birlikdə yaratdıqları “Sənət Akademiyası” yaxın günlərdə Bakıda film çəkilişinə başlayırlar.

Yenigun.news xəbər veir ki, filmin baş rol oyuncuları “Kurtlar Vadisi”nin məşhur siması Erhan Güllü və Almaniyadan dəvət edilmiş oyuncu Canan Nəzirova olacaq.

“Sənət Akademiyası” və Eslem Film Yapım Şirkətinin rejissoru Yalçın Çoban Bakıda çəkiləcək film üçün hazırlıqlara başlayıb. Türkiyədən İbrahim Bülbülün rəhbərliyi ilə gələn heyət artıq çəkilişləri üçün Azərbaycan tərəfi ilə anlaşmalar əldə edib. Filmin bütün çəkilişləri Azərbaycanda olacaq və sənət işi üçün Bakıda qala gecəsi təşkil ediləcək.

Filmin adı “Aprel” olacaq. Sənət işi dram, sevgi və aksiyon janrında çəkiləcək.

Beynəlxalq festivalda iştirak edəcək filmin çəkilişlərində paytaxtımızın önəmli məkanlarından istifadə ediləcək. Bu da öz növbəsində Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir