Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının bərpa olunmasına vəsait ayırıb.
“Yenigun.news” BVF-nun yaydığı məlumata istinadən xəbər verir ki, fond koronavirus pandemiyasından sonra dünya iqtisadiyyatının bərpa olunması üçün 650 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.
Məlumata əsasən, vəsaitin ayrılması avqustun 23-də başlayacaq. Xüsusi borcalma hüququ olanlar üçün öz kvotalarına uyğun olaraq əlçatan olacaq.
Həmçinin qeyd olunur ki, inkişafda olan bazarlar və aşağı gəlir səviyyəsinə malik ölkələr üçün təqribən 275 milyard dollar nəzərdə tutulub.
BVF-nun sədri Kristalina Georgiyeva isə öz növbəsində dünya iqtisadiyyatına bu vəsaitin ayrılmasını tarixi qərar adlandırıb.