Azərbaycan və Türkiyə eyni tarixi, eyni dili və mədəniyyəti bölüşən bir millətin iki dövlətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin getdikcə güclənməsi, dünyada söz sahiblərindən biri olması bizi də sevindirir, gücümüzə güc qatır. Qarabağ münaqişəsi başlandığı gündən Türkiyə həmişə yanımızda olub. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmilərinin, türk xalqının birmənalı siyasi-mənəvi dəstəyi Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynayıb.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk deyirdi: “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”. Böyük öndər Heydər Əliyev isə qardaşlıq münasibətlərimizi “Bir millət, iki dövlət” kəlamı ilə ifadə edib. Bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluq və qardaşlığımızı ən uca zirvəyə qaldırıblar.
Azərbaycanda Ərdoğan həm də haqq-ədalət uğrunda yorulmaz mübariz kimi tanınır və sevilir. Azərbaycanlı şair Süleyman Əlisanın “Rəcəb Tayyib Ərdoğan” şeiri məhz bu sevgidən qaynaqlanır:
İllərin sınağından
Uğurla çıxa bildi.
Günəştək işıq saçdı,
Şimşəktək çaxa bildi.
Arzu, istəyi birdir,
Fikri, məqsədi birdir.
Haqq, ədalət uğrunda
Can qoyur neçə ildir…
Yenigun.news Türkiyə liderinin doğum günü münasibətilə qələmə alınmış həmin şeir əsasında hazırlanan videokompozisiyanı təqdim edir.
]
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da anadan olub.