• Ça. Noy 26th, 2024

ABŞ-ın yeni müdafiə naziri qadın oldu — İlk dəfə

ByYenigun.news

May 28, 2021

Kristin Vormut  ABŞ Senatı tərəfindən ABŞ ordusunun rəhbəri vəzifəsinə təsdiqlənib. O, bu vəzifədə ilk mülki qadın nazir olacaq.  

Yenigun.news xarici KİV-lərə istinadən bildirir ki, Millət vəkilləri yekdilliklə 52 yaşlı siyasətçinin təyin edilməsinə səs veriblər.

Kristin Vormut  təyinatdan sonra mətbuata açıqlamasında deyib ki, hərbi nazir olmaq böyük şərəf və məsuliyyətdir.

Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə Kristina Uormut  ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini postunu tuturdu. Uormut həm də Ağ Evin Milli Təhlükəsizlik Şurasında (SNB) işləyib və Müdafiə Nazirliyində ABŞ prezidenti Co Baydenin keçid komandasına rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir