“Danışıqlar konstruktiv idi. Ortada hər hansı düşmənlik olduğunu düşünmürəm”.
Yenigun.news” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə üz-üzə ilk görüşündən sonra mətbuata açıqlamasında deyib.
“Əksinə, fərqli tərəflərdə durmağımıza rəğmən, bir-birimizi anlamağa və mövqelərimizi daha da yaxınlaşdırmaq məsələsində istəkli davrandıq. Müzakirələr son dərəcə konstruktiv idi”, – Rusiya lideri bildirib.