Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstandakı vəziyyətdən danışıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Əfqanıstandakı qüvvələrin dialoqunu vacib hesab edib: “Rusiya Əfqanıstandakı bütün etnosiyasi qüvvələri dialoqa çağırır”.
“Rusiyanın Əfqanıstandakı heç bir xalis terror qruplaşması ilə təmas niyyəti yoxdur. Amma “Taliban”ın siyasi ofisi var”, – S.Lavrov vurğulayıb.