ABŞ Prezidenti Co Bayden Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib.
Yenigun.news xəbər verir ki, Co Bayden bu barədə bu gün ABC telekanalına müsahibəsində deyib.
Jurnalist Corc Stefanopulos Baydenin ABŞ Milli Kəşfiyyat Direktorunun hesabatına münasibətini soruşub. İddiaya görə, Rusiya hakimiyyəti ölkədə keçən ilki seçki kampaniyası zamanı Baydeni və üzvü olduğu Demokrat Partiyasını nüfuzdan salmağa çalışıb.
“Bunun hesabını ödəyəcək”, – deyən Bayden Rusiya Prezidenti Vladimir Putinlə danışığından sitat gətirib.
“Uzun bir söhbət etdik, onu yaxşı tanıyıram. Söhbətin əvvəlində ona dedim: “Səni tanıyıram və sən də məni. Bunun həqiqətən baş verdiyini bilsəm, hazır olun”,- deyə Bayden qeyd edib.