Prezident Vladimir Putin Rusiya və MDB ölkələri vətəndaşlarının Qəzza zolağından çıxarılmasını təmin etməyi əmr edib.
Yenigun.news xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi internet portalında yayımlanıb.
“Hərbi əməliyyatı nəticəsində Qəzza zolağında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Rusiya və istəyə uyğun olaraq MDB-yə üzv dövlətlərin vətəndaşlarının evakuasiya edilməsi təmin edilsin”, – deyə sənəddə qeyd olunub.
Putin Xarici Kəşfiyyat Xidməti və Fövqəladə Hallar Nazirliyi ilə birlikdə Xarici İşlər Nazirliyinə bölgədəki vəziyyəti nəzərə alaraq təxliyyə üçün vacib şərtləri təyin etməyi tapşırıb.
FHN-ə XİN ilə razılaşdırılaraq evakuasiya olunanların Moskvaya çatdırılmasını təmin etmək tapşırığı verilib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Fələstindəki diplomatik nümayəndəliyi Rusiya vətəndaşlarının Qəzza zolağından çıxarılmasına hazırlıq getdiyini açıqlamışdı.