Rusiya Prezidenti Vladimir Putin parlament seçkilərinin sentyabrın 19-da keçirilməsi ilə bağlı qərar imzalayıb.
“Yenigun.news” Rusiya KİV-ə istinadən xəbər verir ki, qərar “Rossiyski Qazeta”da yayımlandıqdan sonra qüvvəyə minəcək.
Dövlət Duması üçün Rusiyanın bütün bölgələrində xalq seçkiyə gedəcək və dumada onları təmsil edəcək 450 deputatı müəyyənləşdirəcək.
O da qeyd olunub ki, rusiyalı müxalif Aleksey Navalnı və komandası seçkilərə qatıla bilməyəcək. Çünki bir neçə gün əvvəl Putinin imzaladığı qərara görə, məhkum olunmuş və ya qeyri-qanuni təşkilatların rəhbərlərinə beş il boyunca seçilmək yasağı qoyulub.