Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə dəniz gəzintisinə çıxıblar.
“Yenigun.news” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko hələ də Rusiyada səfərdədir, dünən və bu gün iki prezidentin – Lukaşenko və Putinin ünsiyyəti olub”, – Kremlin nümayəndəsi deyib.
Peskov xatırladıb ki, cümə günü liderlərin rəsmi danışıqları olub.
“Bu gün bu danışıqların qeyri-rəsmi hissəsidir”, – Peskov qeyd edib.