• C. Noy 22nd, 2024

Tramp yenidən prezident olmaq istəyir

ByYenigun.news

Avq 7, 2021

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən ölkənin prezidenti olmaq niyyətindədir.

“Yenigun.news” “Washington Examiner”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Trampın keçmiş mətbuat katibi Şon Spayser açıqlayıb. 

Onun sözlərinə görə, D.Tramp 2024-cü ildə prezident seçkiləri ilə bağlı kampaniyada iştirak etmək istəyir. 

O həmçinin əlavə edib ki, Trampın sözügedən bu kampaniya üçün 102 milyon dolları var və Tramp öz yüksək reytinqini qorumaq üçün çalışıb.

Qeyd edək ki, D.Tramp özü hələ bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir