• C. Noy 22nd, 2024

BÖYÜK QAYIDIŞ ARZUSU ARTIQ REALLAŞIR

ByYenigun.news

Avq 30, 2021

GÜNDƏMÖLKƏ

“Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzilin, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim edilməsi mərasimində iştirak etdilər. Bu, şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahürü olmaqla sosial-mənəvi kontekstdə mühüm bir hadisə idi. Tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi məsajlar tarixi-strateji müstəvidə olduqca əhəmiyyətli idi.

  Xalqımız uzun illərdir ədalətsizliklərlə üzləşir. XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Ona da cəllad Stepan Şaumyanın adını verdilər, Stepanakert adlandırdılar.

  Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi: “Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipulyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevirilən "Dağlıq Qarabağ" termini yoxdur. Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul olunub. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük. Əlbəttə, burada təkcə maliyyə vəsaiti kifayət etməz. Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq.
   Hazırkı tarixi mərhələdə isə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru sözün həqiqi mənasında cənnətə çevirməkdədir. Hər iki iqtisadi rayonda görülən böyük logistika və kommunikasiya işləri, yol-nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan iqtisadi potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna paralel olaraq məcburi köçkün olan vətəndaşlarımızı öz ana yurdlarına qayıdacaq. İllərdir həsrətilə yaşadığımız Böyük Qayıdış arzusu reallığa çevriləcək.

Miriş Qubadov, Cəlilabad rayon sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir