• C. Noy 22nd, 2024

Bu gündən ölkədə plastik qabların istifadəsi qadağandır

ByYenigun.news

İyl 1, 2021

Bu gündən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

“Yenigun.news” xəbər verir ki, qadağa 2020-ci il noyabrın 26-da “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Prezident İlham Əliyevin imzaladığı fərman əsasında tətbiq olunur.

Sənəddə qeyd edilir ki, ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir