1 noyabr, Fineko/abc.az. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu qaytarılma müddəti azaldılır.
ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılacaq. Əvvəl bu müddət 45 gün nəzərdə tutulmuşdu.