• Bz. Noy 24th, 2024

“Növbəti aylarda bəzi məhdudiyyətlər ləğv edilə bilər” — TƏBİB rəsmisi

ByYenigun.news

May 25, 2021

“Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər”.

Yenigun.news 
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır. Bu göstəricilərə həm vaksinasiyanın uğurla davam etdirilməsi, həm də vətəndaşların verilən tövsiyələrə əməl etmələri nəticəsində nail olunub.

Vasif Əliyev deyib ki, insanlar bundan sonra peyvənd olunmaqda daha maraqlı olmalıdırlar. Çünki pandemiyanın qarşısını ala biləcək ən təsirli üsul vaksinasiyadır. Peyvəndləmə ilə virusun yayılma zənciri qırılır və yoluxuculuq azalır.

TƏBİB rəsmisi əlavə edib ki, vətəndaşlar nəzərdə tutulan qaydalara əməl etsələr virusa daha tez qalib gəlmək mümkün olar.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir