• Bz. Noy 24th, 2024

“Son zəng” yalnız bu şərtlərlə keçiriləcək

ByYenigun.news

İyn 10, 2021

Son zəng” tədbirləri açıq havada keçiriləcək”.

“Yenigun.news” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, burada müəyyən say məhdudiyyətləri tətbiq olunacaq:

“Kiçiksaylı məktəblərdə biz elə bir problemlər gözləmirik. Çünki burada yoluxma riskləri aşağıdır. Nisbətən böyüksaylı məktəblərdə – yüzdən artıq məzunu olan məktəblərdə, yəqin ki, bir neçə hissədən ibarət “Son zəng” tədbiri keçirəcəyik.

O cümlədən, birmənalı olaraq, karantin qaydalarına və şəxsi gigiyena qaydalarına, sosial məsafəyə riayət olunması həm müəllimlərimizdən, həm şagirdlərimizdən tələb olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir