• Bz. Noy 24th, 2024

ISESCO-nun keçmiş baş direktoru II Qareginin Xankəndiyə səfərini pislədi – Bəyanat

ByYenigun.news

İyn 10, 2021

ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri Ermənistanın katolikosu II Qareginin Xankəndiyə səfərini və onun intiqam şüarlarını səsləndirməsini pisləyən bəyanat yayıb.

“Yenigun.news” xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya məlumat verilib.

Bəyanatda qeyd edilir ki, dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni kilsəsinin tolerant və çox mədəniyyətli Azərbaycandakı xristian dini yerlərinin guya təhdid altında olduğuna dair yalan məlumatlar yayması təəssüf doğurur: “Bu, tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın şərəfli bir xüsusiyyətidir. Mən Azərbaycanda kilsələrə və sinaqoqlara necə hörmət edildiyini və onların necə qorunduğunu görmüş beynəlxalq rəsmilərdən biriyəm. Tolerant siyasətinə görə hər zaman Azərbaycana və onun rəhbərliyinə təşəkkürümü bildirmişəm.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Cənubi Qafqazın mədəni irsinin bərpası və qorunması üzərində fəal işləyirik. Erməni işğalından azad edilmiş ərazilərdə salamat və təhqir edilməyən bir məscid, bir İslam dini abidəsi qalmadığı vaxtda Ermənistanın dini qurumları bu saxta ittihamları səsləndirir. Döyüşkən ritorika və davranış bölgə insanları arasında inam və harmoniya mühiti yaratmağa kömək etmir, əksinə daha çox ifratçılığı və nifrəti təhrik edir. Sülh, yaxşı qonşuluq və birgəyaşayış çağırışları əvəzinə ölüm, işğal, işgəncə və şiddət çağırışları dini dəyərlərə ziddir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir