Rusiya sərhədçilərinin Zəngəzurda yerləşdirilməsinə başlanıb.
Yenigun.news xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
O, sülhməramlıların Zod kəndindən Xəzinəvar kəndinə qədər olan hissədə, ən problemli ərazilərdə yerləşdirildiyini qeyd edib.
Kopırkin sərhədçilərin ərazidə tam yerləşdirilməsinin üçtərəfli formatda danışıqlar tələb etdiyini vurğulayıb.