Türk bəstəkarı Turqay Evren Qarabağın işğaldan azad edilməsinə mahnı bəstələyib, Amerika müğənnisi Della Maylz isə onu ifa edib.
Bu barədə “Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, türk bəstəkarın “Many Years Ago” (“İllər əvvəl”) adlı yeni mahnısı Azərbaycanın Qarabağ regionunun Ermənistanın çoxillik işğalından azad olunmasına həsr edilib.
Amerika müğənnisi Della Maylz tərəfindən ifa edilən kompozisiya Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın incisi – Qarabağın Şuşa şəhərini işğal etdiyi 1992-ci ildə baş verən faciəli hadisələrin xatirəsinə mayın 8-də tvitter sosial şəbəkəsində və “YouTube” hostinqində yayımlanıb.
“Ermənilər Azərbaycanın dinc sakinlərinə, o cümlədən qadınlara və uşaqlara qarşı bir çox qanunsuzluqlar və cinayətlar törətdilər. Azərbaycan xalqının ağrıları uzun illərdir qəlbimdə əks-səda verir”, – deyə bəstəkar Turqay Evren “Anadolu”ya bildirib.
Onun sözlərinə görə, Qarabağın azad edilməsinə ingilis dilində mahnı bəstələmək qərarı Cənubi Qafqaz həqiqətləri haqqında məlumatları dünyanın ən çox insanına çatdırmaq istəyi ilə əlaqədardır.
“Digərin ölkələrdə də Qarabağ məsələsi barədə eşitməsini istərdim. Amerikalı müğənni Della Maylz ilə mahnını müzakirə etdik. O, fikrimi dəstəklədi və mahnını birlikdə yekunlaşdırdıq. Mahnının aranjimanı ilə Əli Tolqa Demirtaş məşğul oldu”, – Evren deyib.