Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.
Yenigun.news xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.
Qərar sabahdan qüvvəyə minir.