• Ca. Dek 26th, 2024

Almaniya səfiri Azərbaycandan getdi – FOTO

ByYenigun.news

İyn 30, 2022

Almaniyanın ölkəmizdə səlahiyyət müddəti bitən səfiri Volfqanq Maniq ölkəsinə qayıdıb.

Bu barədə diplomat özünün “Twitter” hesabından xəbər verib.

Paylaşımında Azərbaycanla vidalaşan Maniq ölkəmizdə keçirdiyi günlərin onun üçün xoş olduğunu vurğulayıb.

Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. O, Volfqanq Maniqə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir