• Ca. Apr 25th, 2024

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyası: Parametrlər razılaşdırılıb

ByYenigun.news

Apr 27, 2022

“Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri barədə ölkələr arasında razılıq əldə edilib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Komissiyanın fəaliyyətə başlaması üçün şərait mövcuddur.

Nazir qeyd edib ki, regionda nəqliyyat-kommunikasiya sistemlərinin açılmasına Azərbaycan töhfə verir.

“Amma vaxt baxımından bəzi məsələlər gözləntilərə uyğun getmir”, – deyə nazir əlavə edib.

O bildirib ki, layihələrin Ermənistan ərazisində davam etdirilməsi İrəvanın mövqeyindən asılıdır.

“Vədlərdən konkret işlərə keçməyin vaxtıdır”, – deyə Ceyhun Bayramov Ermənistanı nəzərdə tutaraq deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir