“Baykar” şirkətində “Bayraktar AKINCI” pilotsuz uçuş aparatlarının istifadəsinə dair kurs keçən azərbaycanlı hərbçilərin buraxılış mərasimi baş tutub.
Bu barədə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov “Twitter” hesabında məlumat paylaşıb.
Qeyd edək ki, mərasimdə Azərbaycanın Türkiyədəki Səfirliyinin hərbi attaşesi Müşfiq Məmmədov da iştirak edib.