• Ç. Sen 27th, 2023

BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasının vaxtı açıqlanıb

ByYenigun.news

Sen 19, 2023


BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.

Bu barədə TASS-a təşkilatdakı mənbə məlumat verib.

“Görüş cümə axşamı baş tutmalıdır”, – adı çəkilməyən mənbə agentliyə deyib.

Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.

Agentlik xatırladıb ki, bu günlərdə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir. Bu səbəbdən də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir