• Şb. Apr 20th, 2024

Ceyhun Bayramov Kayrat Sarıbay ilə görüşüb – FOTO

ByYenigun.news

Yan 24, 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclası çərçivəsində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Bu barədə nazir “Facebook” səhifəsində yazıb.

“İƏT Nazirlər Şurasının 26-cı iclası çərçivəsində AQEM-nin Baş katibi Kayrat Sarıbay ilə görüşməkdən məmnunam”, – C. Bayramov qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və AQEM arasında əlaqələrin, o cümlədən də nəqliyyat və rabitə sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Həmçinin, son regional hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir