• C. Apr 19th, 2024

Prezident “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik etdi

ByYenigun.news

Dek 6, 2022

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Qanunun 7.2-ci maddəsinə bu hissə əlavə edilib:

“Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir